28 
Yan
2019
18:21
28
114
4696
Virtual karabakh

Tanışlıq saytlarının təhlükəsi açıqlandı

28 Yan, 2019
18:21
4696

Tanışlıq saytlarının təhlükəsi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya polisi “Tinder” tanışlıq tətbiqi vasitəsilə edilən çoxlu sayda aldatma və cinayət əməlləri ilə bağlı mesajların artımını qeydə alıb.

Oxu.Az xəbər verir ki, rəqəmləri “Daily Mail” nəşri dərc edib.

Son üç il ərzində sosial şəbəkədə tapdıqları məşuqlarından zərərçəkənlərin sayı iki dəfə çoxalıb. 2015-ci ildə qanun keşikçiləri 442 müraciət qeydə almışdılarsa, 2018-ci ildə müraciətlərin sayı 1100 olub.

Polis qurbanların müraciətlərinin xarakterini dəqiqləşdirməyib. Nəşr bildirir ki, tanışlıq tətbiqində oğruların, qatillərin olması halları məlumdur. Bu cür servislərdə qanun pozuntularının üçdə biri seksual xarakterli cinayətlərin payına düşür.

44 yaşlı britaniyalı Anna Rou öz hekayəsini açıqladıqdan sonra yerli orqanlar bu problemə diqqət göstərməyə başlayıblar. A.Rou “Tinder”də tanış olduğu Entoni Rey adlı evli bir kişi tərəfindən aldadılıb.

Altı aylıq münasibətlərdən sonra məşuqu yoxa çıxdıqda A.Rou müəyyən edib ki, o, başqa şəxsin şəkillərindən və saxta bioqrafiyadan istifadə edib. A.Rou höküməti tətbiqdəki saxta hesabları qanuni yolla qadağan etməyi xahiş edib.  

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri