29 
Yan
2019
15:13
226
11
2832
Virtual karabakh

Toyuq yumurtasından xərçəng əleyhinə dərman hazırlanacaq

29 Yan, 2019
15:13
2832

Toyuq yumurtasından xərçəng əleyhinə dərman hazırlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şotlandiyalı alimlər insan zülalı olan yumurtalar yumurtlayacaq yeni genetik modifikasiya olunmuş toyuq növü yaradıblar.

Oxu.Az EurekAlert-ə istinadən xəbər verir ki, tədqiqatçılar insan orqanizmində zülal istehsal edən gen aşkar ediblər.

Onun elementlərini cücələrin DNT-sinə implantasiya ediblər. Beləliklə, artıq cücələr böyüdükdən sonra tərkibində lazımi zülal olan yumurtalar yumurtlayacaqlar.

Artıq tərkibində insan proteini olan yumurtaların ilk partiyası əldə edilib. Bu cür zülallar virus əleyhinə və xərçəng əlieyhinə xüsusiyyətlərə malikdirlər, həmçinin, zədələnmiş toxumaların bərpa olunmasına da xidmət edirlər.

Dərmanların yumurtalardan hazırlanması onların laboratoriyada sintez edilməsindən təqribən 100 dəfə ucuz başa gələcək. Beləliklə, virus əleyhinə və xərçəng əleyhinə olan yeni dərmanlar kifayət qədər ucuz ola bilər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri