30 
Yan
2019
00:53
538
22
11554
Virtual karabakh

İtkin düşmüş uşağı ayı xilas etdi

Şimali Karolinanın polis əməkdaşları meşədə itkin düşmüş üç yaşlı Keysini iki gün axtarıblar. Tapılanda isə uşaq bildirib ki, meşədə onu ayı qoruyub.

Oxu.Az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Oğlan iki gün kolluqda gizlənib. Hava şəraiti o qədər əlverişsiz olub ki, polis əməkdaşları axtarışları dayandırmağa məcbur olublar. Kreyven əyalətinin polis şefi Çip Hyuz mətbuata bildirib ki, uşaq onu iki gün soyuqdan qoruyan ayı haqqında danışıb.

Bildirilir ki, üç yaşlı Keysi digər uşaqlarla nənəsinin evinin arxa həyətində oynayıb və evə qayıtmayıb. Gecə havanın temperaturu mənfi 6 dərəcəyədək düşüb, güclü külək əsib və yağış yağıb. Xilasetmə əməliyyatının iştirakçıları Keysini sağ tapacaqlarına inanmayıblar.

Axtarışda yüzlərlə könüllü, helikopterlər və dronlar iştirak edib. Keysi tapılan zaman onun bədənində yüngül cızıqlar olub. O, su içmək istəyib və anasını axtarıb.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri