Fev
2019
14:08
18
122
6827
Virtual karabakh

Erkən ölüm hallarının başlıca səbəbi məlum oldu

1 Fev, 2019
14:08
6827

Erkən ölüm hallarının başlıca səbəbi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boston Universitetinin alimləri 2018-ci ildə ABŞ əhalisinin az qala yarısının yüksək təzyiq və ürək-damar problemlərindən əziyyət çəkdiyini və ya insult keçirdiyini müəyyən edib. Bu belə insanların erkən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Xəstələrin sayı əvvəlki illə müqayisədə kəskin şəkildə çoxalıb.

Bu barədə MedicalXpress-də elmi məqalə dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, hipertenziyası olan insanların sayı normativlərə yenidən baxılması hesabına artıb. Belə ki, normal təzyiq həddi civə sütunu ilə 140-90 mm-dən 130-80 mm-ə endirilib.   

Statistikaya görə, 2016-cı ildə amerikalıların 48 faizi ürək-damar sistemi problemləri yaşayıb, onlardan 9 faizi ürək xəstəliyindən və ya insultun fəsadlarından əziyyət çəkib. Orta statistik amerikalının qan-damar sistemində xəstəliyin inkişafı riski 90 faizə çatır.

Risk dərəcəsini aşağı salmaq üçün amerikalı mütəxəssislər siqareti atmağa, zərərli qidalardan imtina etməyə, xolesterin və şəkər qəbulu ilə bağlı normalara əməl etməyə çağırır. Bundan başqa, həkimlər orta yaşlı insanları lift əvəzinə, mütəmadi olaraq pilləkənlərdən istifadə etməyə çağırıb. Qan-damar təzyiqinin normallaşması erkən ölüm riskini (ürək-damar xəstəlikləri və insultlardan) əhəmiyyətli dərəcədə aşağı salacaq.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri