Fev
2019
10:17
74
22
7095
Virtual karabakh

Xərçəngdən qorunmağın ən yaxşı yolu açıqlandı

4 Fev, 2019
10:17
7095

Xərçəngdən qorunmağın ən yaxşı yolu açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xərçəngdən profilaktikanın ən yaxşı yolu siqaret çəkməyi tərgitməkdir. 

Bu barədə Heydelberq Elmi-Tədqiqat Onkoloji Mərkəzinin rəhbəri, professor Mixail Baumann açıqlama verib.

Onun sözlərinə görə, bütün xərçəng növlərinin 30 faizi bu arzuolunmaz vərdişlə əlaqəlidir.

Bundan savayı, alim onkoloji xəstəliklərin inkişafı riskini azaltmaqdan ötrü “ağıllı şəkildə qidalanmağı və mütəmadi olaraq hərəkətdə olmağı” tövsiyə edir.

Xatırladaq ki, yanvarın 29-da beynəlxalq tədqiqat qrupu xərçəng şişi ilə mübarizədə “taqətdən” düşmüş T-hüceyrələrinin yenidən aktivləşdirilməsi yolunu tapdığı barədə xəbər yayılmışdı. Bu metodla hazırlanmış inhibitorlar sınaq siçanları üzərində yoxlanılıb. Gəmiricilərdə şişlərin inkişafını ləngidən limfositlərin aktivləşməsi müşahidə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri