Fev
2019
09:17
155
26
5350
Virtual karabakh

Xərçəngə qalib gəlməyin yeni yolu tapıldı

Britaniyanın Solford Universitetinin alimləri bədxassəli şişlərin artımına gətirib çıxaran xərçəngli kök hüceyrələri müəyyən etməyin yolunu tapıb. Tədqiqatçıların sözlərinə görə, bu hüceyrələrin dərman preparatlarının köməyi ilə dəqiq işlənilməsi bədxassəli törəmələri xroniki xəstəliklərə çevirməyə kömək ola bilər.

Bu barədə “MedicalXpress” nəşrində dərc olunan press-relizdə məlumat verilir.

Mütəxəssislər insanın döş vəzisinin şişindən götürülmüş bədxassəli şiş nümunələrini tədqiq edib. Məlum olub ki, bütün hüceyrə populyasiyasının 0,2 faizini təşkil edən bədxassəli kök hüceyrələri özünəməxsus əlamətlərə malikdir. 

Bu hüceyrələr külli miqdarda enerji ərsəyə gətirir və suspenziyada sürətlə çoxalır; artıq onun toxumaya yapışmasına lüzum qalmır. Sonuncu özəllik onun metastaz verməsinə, yəni qan-damar sistemi ilə digər toxuma və orqanlarla keçib, ikinci dərəcəli şişli ocaqlar formalaşdırmasına vasitəçilik edir.

Tədqiqatçılar bu hüceyrlərin fosforlaşa bildiyini, yəni uzun müddət ərzində udduğu enerjini işıq şəklində əks etdirə bildiyini öyrənib.

Alimlərinə sözlərinə görə, onlar bu xüsusiyyətinə görə xərçəngli kök hüceyrələrini müəyyənləşdirə bilir. İndi tədqiqat qrupu belə hüceyrələrin çoxalmasını əngəlləyən preparatlar hazırlamaq niyyətindədir.

Belə vasitələrdən biri ribosiklip preparatıdır. Hüceyrə siklinin inhibitorları sayılan preparatlar ABŞ-ın Qida məhsulları və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət idarəsi tərəfindən təsdiq olunub.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri