Fev
2019
14:52
6
9
1641
Virtual karabakh

Depressiyanın başlıca səbəbi məlum oldu

İnsan orqanizmində depressiya və demensiyanın meydana gəlməsinə xüsusi bakteriyalar təkan verir.

Löven Katolik Universitetinin (Niderland) alimləri belə bir nəticəyə gəlib. 

Nature” nəşrinin məlumatına görə, alimlər beyinin sağlamlığı və düzgün fəaliyyəti ilə bağırsaq bakteriyaları arasında birbaşa əlaqənin olduğunu aşkarlayıb.

Mikroflorada baş verən ən cüzi pozuntu insanın psixoemosional vəziyyətinin dərhal dəyişməsi ilə nəticələnir.

Alimlər müəyyən edib ki, kliniki depressiya diaqnozu qoyulmuş insanlar, demək olar ki, Coprococcus, Faecalibacterium və Dialister bakteriyalarından məhrumdur. Digər tərəfdən belə insanlarda bağırsaqların qıcıqlanması və iltihabına yol açan Bacteroides bakteriyalarının yüksək miqdarı müşahidə olunur.

İndi onlar depressiyalı xəstələrdən ibarət təcrübi qrup yaradaraq, onları faydalı bakteriyaların köməyi ilə müalicə etmək niyyətindədir.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri