6 
Fev
2019
08:13
187
23
14525
yuxarı
Bu kəndə köçən 10 min dollar alır - FOTO
6 Fev, 2019
08:13
14525
187
23
Bu kəndə köçən 10 min dollar alır - FOTO
İtaliyanın şimalında, Alp dağlarının ətəklərində yerləşən Piedmont bölgəsindəki Locana kəndinə köçənlərə 10 min dollar verilir.
“Sözcü” xəbər verir ki, 1900-cü illərin əvvəllərində yeddi min əhalisi olan kənddə 2000-ci illərdə 1500-ə qədər sakin qalıb.
Kəndin əhalisi Torinodakı böyük fabriklərdə işləmək üçün buranı tərk edib. Hətta əhali o qədər azalıb ki, ibtidai məktəblər də az şagird olması səbəbindən hər təhsil ilinin əvvəlində bağlanmaq riski ilə qarşı-qarşıya qalır.
Birdəfəlik ödəmə şəklində veriləcək 10 min dollarlıq mükafatı almaq üçün cütlüklərin qarşısına bir şərt qoyulur: ən azı bir övlad sahibi olmaq.
Kənddə restoranlar, barlar, kafelər kimi iş sahələri var.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək