Fev
2019
09:45
23
73
7690
Virtual karabakh

İnsanın “ağıllanmasının” gözlənilməz səbəbi açıqlandı

7 Fev, 2019
09:45
7690

İnsanın “ağıllanmasının” gözlənilməz səbəbi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Yel Universitetinin antropoloqları ehtimal ediblər ki, qədimdə insanların qida rasionundakı yağların yüksək miqdarı insan beyninin ölçüsünün böyüməsinə və müasir insan tipinin yaranmasına gətirib çıxarıb. 

Bununla bağlı “Phys.org” portalında məlumat paylaşıb.

Alimlər “Homo sapiens”lərin inkişafında əsas faktor kimi ətin qəbulu təklifinə şübhə ilə yanaşıblar. Onların fikrincə, dörd milyon il əvvəl hominidlər ölmüş heyvanların sümüklərindəki iliyi dadmaqla yağın dadını kəşf ediblər. Bu, insanlara kalori çatışmazlığını kompensasiya etməyə imkan verib.

Tədqiqatçıların sözlərinə görə, yağın əldə edilməsi və ətin yeyilməsi müxtəlif yanaşmalar tələb edir. Belə ki, ət müxtəlif növ daş alətlərin hazırlanmasını tələb edirdi, sümük iliyinin əldə edilməsi üçün isə sümüyü daşla əzmək kifayət idi. 

Bundan başqa, ətdəki zülal maddələri piy olmadığı üçün effektiv deyildi. Onların mənimsənilməsi üçün daha çox enerji sərf edilirdi. Bu, ətin qəbulunun beynin inkişafına səbəb olması ehtimalını istisna edir. 

Yeni fərziyyəyə görə, mərkəzi sinir sistemi heyvan qidalarının termik emalından əvvəl başlaya bilərdi.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri