18 
Sen
2017
19:55
225
48
3443
Virtual karabakh

Lütfi Zadənin adını daşıyan xüsusi qızılgül yetişdirildi – VİDEO

18 Sen, 2017
19:55
3443

Lütfi Zadənin adını daşıyan xüsusi qızılgül yetişdirildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gümüşü-çəhrayı rəngdə olan və bənövşəyi çalarları ilə seçilən gül professor Lütfi Zadənin adını daşıyır.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, seleksiya üsulu ilə əldə edilən gül tamamilə yeni və yerli sortdur.

Bu gülü 5 il ərzində ərsəyə gətirən Mərkəzi Nəbatət Bağının çiçəkçilik laboratoriyasının rəhbəri Asəf İsgəndərov bildirir ki, gülə bu ad hələ Lütfi Zadənin sağlığında qoyulub və onun özünün də bundan xəbəri olub.

Bundan başqa Azərbaycanın digər elm xadimləri və tanınmış şəxslərin adına da Mərkəzi Nəbatət Bağında qızılgül sortları yetişdirilib.

Asəf İsgəndərov bildirir ki, son günlər hava isti keçdiyindən bütün qızıl güllərdə solğunluq və kiçilmə müşahidə edilir.

Alimin sözlərinə görə, Lütfi Zadə gül sortunun patentinin alınması üçün hazırlıq işləri görülür. Bundan sonra maraqlı olan təsərrüfatlar bu gülü yetişdirərək həm yerli, həm də xarici bazarlarda kütləvi satışını həyata keçirə bilərlər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri