Okt
2021
00:45
22
381
4931
Virtual karabakh

Boğazından yarasa dişləyən kişi quduzluqdan öldü

1 Okt, 2021
00:45
4931

Boğazından yarasa dişləyən kişi quduzluqdan öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın İllinoys ştatının Leyk dairəsində 80 yaşlı kişi quduzluqdan ölüb. İllinoys Sağlamlıq Departamentının məlumatına görə, o, yarasa dişləməsindən vəfat edib.

Amerikalının sözlərinə görə o, bir gecə yuxudan boğazından yarasa dişləməsindən oyanıb. Bu hadisədən qısa müddət sonra onun başı ağrımağa başlayıb, vaxtaşırı keyləşən əllərinin, ayaqlarının hərəkətlərini idarə etmək çətinləşib və danışığını itirib. Yarasa hücumundan bir ay sonra kişi ölüb. Həkimlər analiz üçün onun qanını götürüblər və ölümünün səbəbinin quduzluq olduğunu öyrəniblər.

Quduzluq, bütün xəstəliklərin ən yüksək ölüm nisbətlərindən birinə sahibdir, xəstələrin demək olar ki, hamısı simptomlar görünəndən sonra bir neçə həftə ərzində ölür.

Quduz peyvəndi insanı xilas edə bidər, ancaq dişləmədən dərhal sonra vurulmaq şərti ilə. Qurbanda quduzluq əlamətləri yarandıqda, onu xilas etmək üçün ümumiyyətlə gec olur.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri