14 
Okt
2021
06:00
23
121
9428
Virtual karabakh

Mədədə qıcqırma hissinin yaranma səbəbləri açıqlandı

14 Okt, 2021
06:00
9428

Mədədə qıcqırma hissinin yaranma səbəbləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədə qıcqırması heç də həmişə xəstəliklə bağlı deyil.

Bu barədə rusiyalı qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejaya mədə qıcqırmasının səbəbləri barədə danışarkən bildirib.

Onun sözlərinə görə, mədədə yanma hissi bəzən insanın çox yedikdən sonra sərt şəkildə əyilməsi, yaxud da yeməkdən sonra fiziki fəaliyyəti ilə bağlı ola bilər.

Həkim həmçinin bildirib ki, narahatlıq hansısa ərzağa (süd, ət, pivə və sair) qarşı allergik reaksiya ilə də bağlı ola bilər. Həkimin sözlərinə görə, məhsulda orqanizm üçün allergik tərkib varsa, orqanizm aqressiv təsirdən xilas olmağa çalışacaq.

“Məsələn, bananın tərkibində həddindən artıq kraxmal olur, bəzi insanlar onu yedikdən 20-30 dəqiqə sonra özünü narahat hiss edir, ağırlaşır. Acı, ədvalı yeməklərdən sonra isə, mədə qıcqırması ilə yanaşı bəzən hətta kəskin ağrı və spazm hiss edilə bilər”, - deyə qastroenteroloq izah edib.

Həkim mədə qıcqırmasına qarşı həbləri qəbul etməyin əleyhinə omadığını bildirsə də, ondan çox istifadəni də tövsiyə etməyib.

Brejneva onu da vurğulayıb ki, mədə qıcqırması mütəmadi baş verirsə, bu zaman mütləq həkimə müraciət edilməlidir, çünki bu, mədə, onikibarmaq bağırsaq, mədəaltı vəz problemlərindən və pankreatitin inkişafından xəbər verə verə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri