17 
Fev
2015
11:10
42
175
17513
Virtual karabakh

Ərəb şeyxi: Yer öz oxu ətrafında fırlanmır – VİDEO

17 Fev, 2015
11:10
17513

Ərəb şeyxi: Yer öz oxu ətrafında fırlanmır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Doğru yoxsa yanlış?”

Səudiyyə Ərəbistanından  olan Şeyx Bender əl-Heybəri Yer kürəsinin öz oxu ətrafında fırlanmadığını bəyan edib.

Oxu.Az xəbər verir ki, tələbəər qarşısında çıxış edən əl-Heybəri “dünya (yəni, Yer kürəsi – red.) sabitdir, hərəkət etmir” deyib.

“Əgər  Yer öz oxu ətrafında fırlanırsa, o zaman bir təyyarə havada dayansaydı, o zaman Çin həmin təyyarəyə tərəf gəlmiş olardı, deyilmi?”, - deyə, şeyx tələbələrə sual verib.  

İmam Yerin öz oxu ətrafında fırlanmadığını önündəki plastik su qabı üzərində sübut etməyə çalışıb:

“Bir baxın, biz hardayıq? Deyə ki, Serce aeroportundan təyyarə ilə Çinə uçuruq. Yer fırlanır dediniz, elə deyilmi? Yaxşı, onda bu su qabı olsun Yer. Əgər o, öz oxu ətrafında fırlanırsa, o zaman Çin havada dayanmış təyyarəyə tərəf gəlməyəcəkmi?

Doğru yoxsa yanlış? Əgər Yer əks tərəfə fırlansaydı, o zaman təyyarə heç vaxt Çinə çata bilməzdi, çünki, Çin də təyyarə kimi eyni tərəfə hərəkət etməli olacaqdı”, - deyə, şeyx bildirib.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri