30 
Mar
2015
22:08
88
17
12146
Virtual karabakh

Turistlər üçün Avropanın ən ucuz şəhərləri - SİYAHI

30 Mar, 2015
22:08
12146

Turistlər üçün Avropanın ən ucuz şəhərləri - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Stokholm Avropanın ən bahalı şəhəri seçilib.

Litvanın paytaxtı Vilnüs şəhəri turistlərdən üçün Avropanın ən ucuz şəhəri elan edilib.

Oxu.Az xəbər verir ki, bu haqda məlumat Post Office Britaniya poçt xidmətinin saytında yerləşdirilib.

Şirkətin apardığı araşdırmalar nəticəsində məlum olub ki, Vilnüsdə istirahət günlərini orta hesabla 100 avroya keçirmək olar. İkinci yerdə 119,77 avro ilə Budapeşt, üçüncü yerdə isə 120,39 avro ilə Riqa şəhəri qərarlaşıb.

Reytinq tərtib olunarkən, müəlliflər iki gecə üçulduzlu oteldə gecələmək, hava limanında gediş-gəliş xərcləri, çaxır ilə şam yeməyi, ekskursiyalar və şəhər nəqliyyatında xərclrəri nəzərə alıblar.

Stokholm Avropanın ən bahalı şəhəri seçilib. Səyahətçilərin istirahət günlərini İsveç paytaxtında keçirmələri üçün onlara orta hesabla 310 avro tələb olunur.

Avropa şəhərlərində istirahətin tam reytinqi belədir:

1.Vilnüs, Litva - 100,04 avro
2.Budapeşt, Macarıstan - 119,77 avro
3.Riqa, Latviya - 120,39 avro
4.Tallinn, Estoniya - 131,28 avro
5.Afina, Yunanıstan - 131,35 avro
6.Dubrovnik, Xorvatiya - 139,83 avro
7.Praqa, Çexiya - 141,24 avro
8.Lissabon, Portuqaliya - 141,24 avro
9.Krakov, Polşa - 144,96 avro
10.Strasburq, Fransa - 169,60 avro
11.Madrid, İspaniya - 179,94 avro
12.Berlin, Almaniya - 179,95 avro
13.İstanbul, Türkiyə - 182,91 avro
14.Vena, Avstriya - 184,84 avro
15.Brüssel, Belçika - 193,14 avro
16.Belfast, Şimali İrlandiya - 198,10 avro
17.Edinburq, Şotlandiya - 210,75 avro
18.Dublin, İrlandiya: 238,99 avro
19.Venetsiya, İtaliya - 240,51 avro
20.Barselona, İspaniya - 242,97 avro
21.Paris, Fransa - 261,39 avro
22.London, İngiltərə - 266,65 avro
23.Kopenhagen, Danimarka - 269,78 avro
24.Roma, İtaliya - 276,83 avro
25.Amsterdam, Niderland - 288,66 avro
26.Stokholm, İsveç - 311,01 avro 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri