31 
Mar
2015
10:50
54
32
9567
Virtual karabakh

Dərisindəki ləkələri ilə milyonlar qazanır – FOTO

31 Mar, 2015
10:50
9567

Dərisindəki ləkələri ilə milyonlar qazanır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onun xəstəliyinin diaqnozu dörd yaşında qoyulub.

"Dəri piqmentlerini itirir. Həyatın boyunca  da bu itki davam edəcək. Hər gün daha çox ağ ləkə olacaq. Bu xəstəliyin adı vitiligodur. Pop ikonu Michael Jacksonun xəstəliyindədir".

Oxu.Az xəbər veririr ki, bu sözləri bir zamanlar lağ obyektinə çevrilib, indi isə xəstəliyi üzündən məşhurlaşan  model Winnie Harlowa həkimi deyib.Onun xəstəliyinin diaqnozu dörd yaşında qoyulub.

Winnie əvvəl bir fotoqrafın,  sonra "Amerikanın Yeni Top Modeli” yarışmasının aparıcısı, model Tyra Banksin diqqətini çəkib. Yarışmanın 21-ci mövsümündə 14 finalçıdan biri olub.

Son olaraq 2015 yaz -yaz mövsümündə həm Diesel markasının, həm də İspan Desigual markasının üzü olan Winnie Harlowun instagramda 600 minə yaxın təqibçisi var.

Dərisi ləkəli modeli indi dünya üzrə təşkil olunan bütün moda həftələrində, xüsusilə Toronto Moda Həftəsində öz kolleksiyalrını nümayiş etdirmək istəyən markalar podiuma çıxarmaq üçün sıraya düzülür.

Winnie Harlowun ən böyük şanslarından biri isə ləkələrinin simmetrik olmasıdır. Bu, ona ayrı bir estetik gözəllik verir.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri