22 
Sen
2017
02:01
59
163
13271
Virtual karabakh

Yaz və payız fəsilləri sıradan çıxır: Buzlaşma olacaq – VİDEO

22 Sen, 2017
02:01
13271

Yaz və payız fəsilləri sıradan çıxır: Buzlaşma olacaq – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda yaz və payız fəsilləri tədricən sıradan çıxır.

Oxu.Az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, son illər qışdan yay fəslinə, yaydan isə qış fəslinə keçid olur.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, bu, buzlaşma dövrü ilə əlaqədardır.

Elə insanlar da əvvəlki illərdə bu ayda yağıntıların bol olduğunu deyir.

Telman Zeynalov onu da əlavə etdi ki, təxminən 2030-cu ildə Azərbaycan ərazisi, xüsusilə ölkənin şimal hissəsi buz bağlayacaq. Buzlaşma Bakıya qədər gəlməsə də, paytaxtda 15-20 dərəcə şaxta olacaq.

Havaların tədricən soyuduğunu deyən T.Zeynalov bildirib ki, bu il qış ötən ilkindən sərt olacaq, daha artıq qar yağacaq.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri