16 
Apr
2024
12:28
24
147
5839
Virtual karabakh

Arda Turan məhkəməyə verildi: Barselonadakı evində təşkil olunan intim əyləncə məclisləri - FOTO

16 Apr, 2024
12:28
5839

Arda Turan məhkəməyə verildi: Barselonadakı evində təşkil olunan intim əyləncə məclisləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli keçmiş futbolçu və məşqçi Arda Turanın “Barselona”da oynadığı zaman yaşadığı evin sahibi gənc məşqçinin evə ziyan vurduğunu əsas gətirərək şikayət edib.

Məlumata görə, ev sahibi türkiyəli futbolçunun və yaxın ətrafının evə təxminən 230 000 avro (415 000 manatdan çox) dəyərində ziyan vurduğunu bildirib. Bununla bağlı Barselona Əyalət Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.  

Qeyd olunub ki, təxminən 18 milyon avro (33 milyon manata yaxın) dəyərində olan evə 230 min avro zərərin dəydiyi ekspert tərəfindən müəyyən edilib. Ev sahibi Arda Turanın evin təmizliyinə diqqət göstərmədiyini, Arda evdə olmadığı zamanlar dostlarının orada əyləncə məclisləri təşkil etdiyini deyib.

Ən böyük ziyanın da məhz bu məclislər zamanı dəydiyini bildirən ev sahibinin sözlərinə görə, evdəki pərdələrdən intim oyunlar zamanı istifadə edilib.

O, qeyd edib ki, Arda evdə olduğu zamanlarda da evin əşyalarına zərər verilib.

“Hər yerdə, hətta mebellərin üzərində siqaret izləri qalıb. Futbol izlədikləri zaman qolu kimin vurduğundan asılı olaraq televizorun pultunu hovuza atıblar. O pultun qiyməti 1000  avrodur!”, - deyə ev sahibi bildirib.

Mənbə: M.sporx.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri