25 
Apr
2024
22:50
161
38
3476
Virtual karabakh

60 yaşlı qadın “Miss Argentina” müsabiqəsində iştirak edəcək - FOTO

25 Apr, 2024
22:50
3476

60 yaşlı qadın “Miss Argentina” müsabiqəsində iştirak edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinada 60 yaşlı qadın gənc görünüşü sayəsində milli gözəllik müsabiqəsində iştirak edəcək.

60 yaşlı hüquqşünas və jurnalist Alehandra Marisa Rodriges bu yaxınlarda “Miss Buenos Ayres” müsabiqəsinin qalibi olub və indi “Miss Argentina”da iştirak edəcək. Görünüşü ilə münsiflər heyətini təəccübləndirən qadın minlərlə gənc iştirakçını üstələyib.

“Miss Buenos Aires 2024” titulunu qazandığım üçün çox xoşbəxtəm və bununla fəxr edirəm. Mən bütün qadınlara göstərmək istəyirəm ki, gözəlliyin yaşı yoxdur və biz maneələri dəf edə bilərik”, - Alehandra şərh edib.

Görünüşündən və 60 yaşında necə gözəl görünməyi bacardığından danışan Rodriges həftədə üç dəfə məşq etdiyini, qida rejimində aralıqlı aclıqdan istifadə etdiyini və sağlam qidalanmağa çalışdığını, həmçinin dəri üçün yaxşı kremlərdən istifadə etdiyini bildirib. Bundan əlavə, qadın boşandığını və evli olmadığını bildirib.

“Gözəlliyin vaxtı yoxdur, gözəl olmaq üçün sadəcə özünə güvənmək və real olmaq lazımdır”, - Rodriges qeyd edib.

Mənbə: Oddity Central

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri