29 
Yan
2016
13:03
47
21
8857
Virtual karabakh

Emil Cavadov: Endirimlərdən yararlanmaq üçün Outlet Park-a gəlmək yetərlidir – MÜSAHİBƏ

29 Yan, 2016
13:03
8857

Emil Cavadov: Endirimlərdən yararlanmaq üçün Outlet Park-a gəlmək yetərlidir – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təklif etdiyimiz icarə şərtlərini bu gün heç kəs təklif etmək iqtidarında deyil”.

Oxu.Az Baku Outlet Park ticarət mərkəzinin icarə meneceri Emil Cavadov ilə müsahibəni təqdim edir.

- Emil bəy, Baku Outlet Park nə vaxtdan fəaliyyət göstərir?

- Geyim, ayaqqabı, mebel, parfümeriya və ev üçün aksessuarlar təklif edən brendlərin birləşdiyi və ümumi ərazisi 7500 m2 olan iki mərtəbəli Outlet Park 2011-ci ilin fevral ayından fəaliyyətə başlayıb. Və hər gün saat 9.00-dan 20.00-a qədər müştərilərimizin xidmətindədir.  

- Bir sıra məşhur geyim, mebel, ayaqqabı brendlərinin təqdim edildiyi Outlet Mərkəz niyə şəhərin mərkəzində deyil, şəhərdən kənarda yerləşir?

- Dünya standartlarına uyğun olaraq Outlet Mərkəz adətən şəhərdən kənarda yerləşməlidir. Bu isə icarəçilərə şəhər mərkəzində mövcud qiymətlərdən dəfələrlə ucuz qiymət təklif etmək imkanı yaradır. Mərkəzin şəhərdən kənarda olması alıcıların bura gəlmək üçün uzun məsafə qət edəcəkləri mənasına gəlmir, çünki mərkəz şəhərdən cəmi 11 km uzaqlıqda yerləşir.

- Zəhmət olmasa, icarəçilər üçün təklif etdiyiniz şərtlərdən danışardınız?

- Təklif etdiyimiz icarə şərtlərini bu gün bazarda heç kəs təklif etmək iqtidarında deyil. Bundan başqa, biz dünyanın tanınmış brendlərinin istehsal etdiyi malların çeşidlərini Baku Outlet Park-da artırmağı planlaşdırırıq. Mərkəzdə artıq əldə edə biləcəyiniz brendlərdən başqa biz yeni  brendlərin nümayəndələrini əməkdaşlığa dəvət edirik.

- Outlet Parkın iş konsepsiyası nədən ibarətdir?

- Outlet Park-ın konsepsiyasına görə, Outlet Mərkəzdə öz məhsullarını təqdim edən Zara. S'oliver, Massimo Dutti, COS, GANT, Trussardi,  Paul & Shark, Lacoste, Intimissimi, Moschino, Ltb, Azzalli, Enrico Marineli,  H&M və Adidas kimi brendlər il boyu 30%-dan 80%-dək endirimlər təklif edir.

Bu təkliflərdən yararlanmaq üçün sadəcə Outlet Park-a gəlmək yetərlidir. Şəhər mərkəzində yerləşən butiklərdə təqdim edilən brend malları əldə edə bilməyən alıcılar üçün Baku Outlet Park əsl fürsətdir.

- Əsas müştəriləriniz kimdir?

- Bizim müştərilərimiz keyfiyyət və sərfəli qiymətə üstünlük verən, brend malları sevən zövqlü insanlardır.

- Mərkəzinizin şəhərdən kənarda olması müştərilərinizin sayına təsir edirmi?

- Bayaq da qeyd etdim, Mərkəz şəhərdən cəmi 11 km məsafədə yerləşir. Bura şəhərin mərkəzindən gələn avtobusların nizamlı işi isə məsafə problemini aradan qaldırır. Bundan başqa, yaxın zamanlarda bu ərazidə metro stansiyasının açılması gözlənilir, təbii ki, bu da öz növbəsində alıcılar üçün Outlet Parka gəlməyi daha da asanlaşdıracaq.

- Outlet Mərkəzə gələn müştərilərə rahat alış-veriş imkanı yaratmaq üçün hansı addımlar atılıb?

- Mərkəzdə 1000 avtomobil üçün parkinq mövcuddur.

Bununla yanaşı biz Outlet Parka gələn kiçik müştərilərimizi də diqqətdən kənarda qoymamışıq, belə ki, mərkəzdə ərazisi 700 m2 olan “Oppalar” uşaq əyləncə mərkəzi yerləşir. Əyləncə Mərkəzində uşaqlar müxtəlif oyun attraksionlarında və Zoom otağında gözəl vaxt keçirə bilərlər. Qeyd etmək istərdim ki, Əyləncə Mərkəzində qiymətlər hər büdcəyə uyğun və çox sərfəlidir.

- Alıcılar Mərkəzdə təşkil edilən endirimlər və ya müxtəlif aksiyalar haqqında məlumatı necə əldə edə bilərlər?

- Müştərilərimiz Mərkəzdə təşkil edilən endirimlər və aksiyalar barədə operativ məlumatı Facebook səhifəmiz https://m.facebook.com/Outletim/?ref=bookmarks və baku_outlet_park instagram səhifəmizdən əldə edə bilərlər.

Qeyd etmək istərdim ki, hazırda www.outletpark.az saytımızda yenidənqurma işləri gedir, yaxın zamanda saytda müştərilərin istifadəsinə təqdim ediləcək. 

Sonda isə keyfiyyətli malları sərfəli qiymətə əldə etmək istəyənləri Baku Outlet Mərkəzə dəvət etmək istərdim. Əminəm ki, hər kəs zövqünə və büdcəsinə uyğun mallar əldə etmək imkanı qazanacaq.

- Ətraflı məlumat üçün təşəkkür edirik.

Səbinə Səmidxan
Foto: Nüsrət Abdullayev
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri