22 
Apr
2016
19:50
137
23
3956
Virtual karabakh

Sinqapur azərbaycanlı turistlərin diqqət mərkəzində

22 Apr, 2016
19:50
3956

Sinqapur azərbaycanlı turistlərin diqqət mərkəzində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkə ilə tanışlıq üçün 1-2 gün yetərli deyil”.

Turizm biznesinin peşəkarları üçün Fairmont otelində “B2B Luxury & MICE Workshop” vorkşop baş tutub. Tədbir Sinqapur Turizm Şurasının təqdimatı ilə başlayıb, şura həm də tədbirin rəsmi sponsor olub. 

Nümayəndəliyin direktoru, xanım Beverli AuYonq-un Oxu.Az-a verdiyi müsahibədə Sinqapurun Azərbaycanı nə ilə cəlb edə biləcəyindən danışıb. 

- Sinqapur Turizm Şurasını qarşısında hansı vəzifələr durur?

- Ofis Moskvada yerləşir, biz Sinqapur turizm istiqamətini Rusiya, MDB və Şərqi Avropa öləkələrində irəliləməsi ilə məşğul oluruq. Bizim əsas məqsədimiz bu bazarlardan Sinqapura böyük sayda turist cəlb etməkdir. 

- Sinqapurun turizm üzrə ofisi neçə ildir ki, bu bazardadır?

- Ofis on ildən artıqdır ki, mövcuddur. İlkin olaraq Frankfurtda fəaliyyət göstərirdi. Daha sonra Moskvada da mütləq bu regiona nəzarət edəcək ofis açmaq qərarı qəbul edildi. 

- Niyə sizin agentlik məhz Azərbaycanı seçdi?

- Biz bu bazarda potensial hiss edirik. Bəzi tərəfdaşlarımız artıq burada işləyir və biz müvafiq olaraq Azəraycanda Sinqapur istiqamətinin inkişaf etdirməyin mümkün olduğunu hiss edirik. Bizim üçün bu bazar maraqlıdır. 

- Sinqapur Azərbaycana nə təklif edə bilər?

- Əslində bu, əlbəttə ki, ölkənin təqdim etdiyi imkanların müxtəlifliyi, onun bəxş edəcəyi təəssüratlardır. Sinqapurun mədəniyyəti rəngarəngdir, çünki özündə müxtəlif etnik qrupları birləşdirir.

Bundan başqa, əhali digər Asiya ölkələrinin əhalisindən fərqlənir. Ona görə də turistlər, o cümlədən də Azərbaycandan olan turistlər səfərlər üçün istiqamət seçərkən digər ölkələrlə kombinə edilmiş istiqamətlərdənsə, müstəqil istiqamətə üstünlük verirlər. Çünki onlar anlayırlar ki, ölkə ilə tanışlıq üçün bir-iki gün yetərli deyil.  

Nigar Orucova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri