29 
İyl
2016
12:11
186
21
7350
Virtual karabakh

Zakir Həsənov Ələtdəki hospitala yollanıb – FOTO

29 İyl, 2016
12:11
7350

Zakir Həsənov Ələtdəki hospitala yollanıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri daha bir hərbi hospitalın tikintisi ilə tanış olub.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, nazir general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət daha bir hərbi hospitalın tikintisi ilə maraqlanıb, eləcə də mühəndis-istehkam hərbi hissəsində yeni inşa edilən tikililərin açılışını həyata keçirib.

Qaradağ rayonunun Ələt qəsəbəsində tikintisi davam edən hərbi hospitalda görülən işlər barədə məlumat verən Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib ki, bu müəssisə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulub və inşaat işlərinin yekununda müasir tibbi avadanlıqlarla tam təmin olunacaq.

Müdafiə naziri tikintinin gedişi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

Sonra general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin əlahiddə mühəndis-istehkam hərbi hissəsinə gəlib. Yeni inşa edilərək müvafiq avadanlıqlarla tam təmin edilmiş əsgər yataqxanaları, tibb məntəqəsi, ərzaq anbarları, döyüş texnikası parkı və digər tikililərə baş çəkən nazirə görülən işlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, birbaşa təyinatları üzrə praktik fəaliyyətləri üçün bölmələr mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika, xüsusi avadanlıq və vasitələrlə təmin olunub.

Sonra müdafiə naziri hərbi hissənin silahlanmasında olan xüsusi texnikalara baxış keçirib.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri