İyn
2017
10:53
269
26
13558
Virtual karabakh

Amerikanı şoka salan Hüseyn: Gələn dəfə onları qorxutmamağa çalışacağıq... – MÜSAHİBƏ+FOTO+VİDEO

8 İyn, 2017
10:53
13558

Amerikanı şoka salan Hüseyn: Gələn dəfə onları qorxutmamağa çalışacağıq... – MÜSAHİBƏ+FOTO+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikanı şoka salan azərbaycanlı Hüseyn və Laçın Pəhləvanoğlu qardaşları dünyanın ən reytinqli şousu olan “America's Got Talent”da nümayiş etdirdikləri nömrələri ilə gündəmi zəbt ediblər.

Oxu.Az-ın pəhləvanlardan biri – Hüseynlə söhbətini təqdim edirik:

- Hüseyn, hamıya çox maraqlıdır ki, siz o şouya necə gedib çıxa bildiniz?

- Biz bir çox şoularda - Türkiyənin “Yetənək Sizsiniz”, Moldovanın “Talant Şou”sunda, Hindistanın “Rekordlar Federasiyası"nda, Gürcüstanın “Talant Şou”sunda iştirak etmişik. Ukraynadakı “Talant Şou”da finalçı olduqdan sonra şounun Amerikadakı əsas təşkilatçıları bizi oraya dəvət etdilər. Ukraynadakı çıxışımız bizə çox uğur gətirdi. Ukrayna Federasiyası tərəfindən dünya rekordlar kitabına düşmüşük. 

- İki qardaş atanızın sənətini davam etdirirsiz. Ailədə başqa pəhləvan varmı?

- Biz üç qardaşıq. Mən böyük qardaşam, Laçın ortancıl. Kiçik qardaşımız Həsən də pəhləvandır. Sadəcə, Rusiyada yaşadığı üçün bizimlə bərabər bu yarışmalarda, şoularda iştirak edə bilmir.  

- Hüseyn bəy, bu gün Azərbaycanın gözü sizdədir. Diqqət mərkəzindəsiniz, populyarsınız. Sözsüz ki, bu sual subay qızları çox maraqlandırır; evlisiniz?

- İkimiz də evliyik. Mənim iki oğlum, Laçının bir oğlu, bir qızı var. 

- Allah saxlasın. Oğlanlarınızı da pəhləvan görmək istərdiniz?

- Onlar artıq pəhləvandırlar. Çıxışlarımızın çoxunda bizimlə bərabər nömrələr göstərirlər. Onlarla birlikdə maraqlı nömrələrimiz var.

- Neçə yaşınız var?

- Mənim 33, Laçının 30 yaşı var.

- Seriallara dəvət alsanız, çəkilərsiniz?

- Əgər bizim sənətimizə uyğun rol olarsa, çəkilərik.

- Sizdəki bacarıq hər kəsdə ola bilməz, sadəcə, maraqlı olduğu üçün soruşuram. Başqa bir ixtisasınız varmı, yoxsa ancaq pəhləvanlıqla məşğulsunuz?

- Xeyr, başqa peşəmiz yoxdur. Laçın da, mən də Qubada atamızın adını daşıyan “Pəhləvan Əli” idman klubunun məşqçiləriyik. Atamız Əli, əmimiz Qəmbər Dağıstanın Xalq pəhləvanları olub.

- Amerikalı tamaşaçıları vahiməyə salmısınz. Növbəti mərhələdə necə bir nömrə hazırlamaq fikrindəsiz?

- Bilirsiniz, biz Ukraynada belə nörmələrlə çıxış edirdik və hamısı efirə verilirdi. Yəni problem olmurdu. Düşündük ki, Amerikada da problem yaranmaz və daha qorxulu nömrələrlə onların qarşısına çıxdıq. Əks effektlə qarşılaşdıq, vahiməli olduğu üçün bir neçə nömrəmizi efirə vermədilər. Məhz bu səbəbdən bu dəfə daha az qorxulu nömrələr hazırlayırıq. Gələn dəfə onları qorxutmamağa çalışacağıq. Bu, bizi bir az çərçivəyə salsa da, gücümüzü və bacarığımızı sərgiləmək üçün daha maraqlı ssenari işləyirik”.

 

Zülfiyyə Qurbanova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri