20 
İyn
2017
16:15
72
305
45217
Virtual karabakh

Səbuhi Xanlarov: Onun “Maşın”dan getməsi üçün 31 min manatlıq səs göndərmişdi – FOTO

20 İyn, 2017
16:15
45217

Səbuhi Xanlarov: Onun “Maşın”dan getməsi üçün 31 min manatlıq səs göndərmişdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarşıdurma” devizi ilə yayımlanan “Maşın”ın 14-cü sürətinin iştirakçısı olmuş, sosial şəbəkələrdə təqlidi obrazlardan ibarət videogörüntüləri ilə populyarlıq qazanan Səbuhi Xanlarov Oxu.Az-a müsahibə verib.

Müsahibimiz Türkiyənin Qazi Universitetini bitirib, ixtisasca mühasibdir. 2000-ci ildən 2008-ci ilə qədər polis işçisi kimi çalışıb. Şou aləmində populyarlaşması isə tamamilə təsadüf nəticəsində olub. İllər əvvəl Baxa adlı dostuna sonradan internetdə məşhur olan “Ordubad” videosunu göndərib, o da bəyənib, daha sonra sosial şəbəkələrdə yayılmağa başlayıb və beləliklə, dost-tanışların istəyi ilə növbəti parodiyalar meydana gəlib. Artıq S.Xanlarovun sosial şəbəkələrdə ümumilikdə 58 milyon izləyicisi var. O, 2012-ci ildən etibarən Türkiyədə yaşayır və orada fəaliyyət göstərir.

Söhbətimiz əsnasında o, bir çox qaranlıq məqamlara aydınlıq gətirib, “Maşın” realiti şouda kadrarxasında baş verənlər, iştirakçıların qalmaqalları, verilişi tərk edəndən sonra ona bahalı avtomobil hədiyyə olunması, 36 yaşında olmasına baxmayaraq, indiyədək səyahət etdiyi ölkələrin sayı, gələcək planlarından danışıb.

- “Maşın” şounun qalibi İslam Mehrəliyev oldu. Sizcə, o, birinci olmağa layiq idi?

- Şouda Aqil M.Quliyev, Elcan Rəsulov və İslam Mehrəliyev üçlü oyun nümayiş etdirirdilər. Əslində, o qruplaşmada mən də var idim, sadəcə, E.Rəsulovun qurbanı oldum. Mənə dedi ki, gəl Kənanı çıxaraq, sonda isə mən 7% səs fərqi ilə uduzdum. Sadəcə, İslam şounun əvvəlində və sonunda fərqli oyun göstərdi. Vəziyyət o yerə çatdı ki, şouda ona “evsiz-eşiksiz”, “yetim” deyən oldu və bu minvalla avtomobili qazandı.

- Əslində, kimin qalib olmasını arzu edirdiniz?

- Avtomobilə ehtiyacı olmamasına rəğmən, Fərda Aminin qazanmasını istəyirdim.

- Şou bitsə də, iştirakçılar arasında yaranmış gərgin mübarizə, qalmaqal, bəzən təhqiramiz hərəkət və ifadələr hələ də unudulmayıb. Hazırda bütün iştirakçılar arasında münasibət necədir?

- Orada iştirakçılar arasında tərbiyəsiz hərəkətlər gördüm, hətta şou efirə getməyən vaxtlarda elə kadrlar lentə alınmışdı ki, onlar televiziyada nümayiş olunmurdu. “Maşın”ın tarixində ilk oyunçu mən oldum ki, açıq oyun nümayiş etdirdim, sona qədər dediyim sözün üstündə durdum.

Hamı orada məndən istifadə etməyə çalışırdı. Çünki mənim oliqarx dostlarım var. Şou-biznesdə tanıdığınız çox insanı Moskvadakı varlı dostlarımla tanış etmişəm. Elə tanınmış sima olub ki, Rusiyada toyda döyülüb, əllərindən güclə almışam. İndi hamısı “mən, mən” deyir. Bu sözləri ünvanlı deyirəm.

Hətta birini Rusiyada toya aparmışam, həmin məclisdən 50 min dollar qazanıb, gəlirini musiqi qrupunun üzvləri ilə bölmək əvəzinə, gecə ilə pulu Azərbaycana göndərib. Səhər otağının qapısını döymüşük, açmayıb, baxmışıq ki, qaçıb.

Elə tanınmışlar da olub ki, məndən iş adamı, oliqarx dostlarımdan, məsələn, Baxadan onlara maddi yardım etməsini, klip çəkdirməsini xahiş ediblər və bu mövzuda onlara vasitəçi olmuşam. İndi artıq bunu xatırlamayanlar var.

- Şouda dürüst oyun nümayiş etdirən kim idi?

- Azər Zahid. O, kişi kimi oyun təqdim etdi. Mən səsverməyə çıxanda yalnız Azər mənə dəstək oldu, o birilər paxıllıqdan heç bir söz demədi. Verilişi tərk edəndən sonra orada mənə düşmənçilik edən iştirakçıların hamısına dostlarımdan xahiş edərək “getsin”ə səs göndərtdim, həmin şəxsləri şoudan bir-bir çıxartdırdım. Hətta bir nəfər yaxın dostum iştirakçı xanımlardan birinin şoudan getməsi üçün 31 min manatlıq səs göndərmişdi.

- Pərvin Abıyeva ilə Səidə Sultan əvvəlcə canlı yayımda bir-birini təhqir etdilər, sonra efirdə qucaqlaşaraq barışdılar. Buna münasibətinizi bilmək istəyirəm...

- P.Abıyevanın xətri mənə əzizdir, dostluq münasibətimiz var, onun dostu mənim də dostumdur. Şounu yeni tərk edəndə əsəbi, aqressiv idim və primetime.az saytına müsahibəmdə onun dostu, elə mənim də yaxşı münasibətdə olduğum rejissor Kənan M.M.-lə bağlı söylədiyim “Mən Kənana görə vətəndaşlıqdan imtina edərəm” sözlərimə görə indi peşmanam. Kənan mənə zəng edib söylədi ki, haqqımı sənə halal etmirəm. Bu sözləri deməkdə onun haqqı var idi. Bu kəlmələr məni çox sarsıtdı.

- Kadrarxasında baş verən qalmaqallı məqamlardan hansını xatırlayırsınız?

- Tolikin (Tarix Əliyev) Sərxan Kərəmoğlu və İslam Mehrəliyevlə mübahisəsi. S.Kərəmoğlu mərhum Xalq artisti İlhamə Quliyeva barəsində təhqiramiz ifadələr səsləndirdi. İslam da bu mövzuya qoşuldu. Bu zaman Tolik də onları tənqid və təhqir etdi, mübahisə düşdü. Mən o zaman Tolikə haqq qazandırdım.

- Məndə olan məlumata görə, Kənan M.M.-lə Nadir Qafarzadə arasında da dava olub və rejissor müğənniyə əl qaldırıb...

- Bəli, Kənan M.M.-lə Nadir Qafarzadənin sözü çəp gəlmişdi, Kənan ona əl qaldırmışdı, aralarında söyüş, təhqir olmuşdu. Kənan rejissordur, kameraya işləməyi bacarır. Elə davranışları var idi ki, Kənan onu efirdə etməli deyildi.

- Təranə Qumral ilə Sərxan Kərəmoğlu qalmaqalı barəsində nə deyə bilərsiniz?

-Təranə Qumral həmin qalmaqaldan sonra müsahibəsində deyib ki, “Mən nə işlər görmüşəmsə, xalqım üçün etmişəm”. Sən nə etmisənsə, Musaya etmisən. Bu xalqa nə etmisən ki?!

Sərxan Kərəmoğlunun isə müalicəyə ehtiyacı var, hormonol problemləri olur.

- Kənan M.M.-ə təqdim olunan hədiyyəni mərhum reper Hüseyn Dəryanın oğluna bağışlaması da sosial mediada uzun müddət müzakirələrə səbəb oldu...

- Orada hamıya 300 manat dəyərində hədiyyə təqdim olunmuşdu, hər kəs evinə apardı. Ancaq ikimiz - Kənan rəhmətlik Hüseynin oğluna bağışladı, mən isə verilişi tərk edəndən sonra gecə saat birdə tanıdığım kasıb ailəyə təqdim edərək saat 4:30-da Londona uçdum. Bir az istirahətə ehtiyacım var idi. 3 gündən sonra vətənə geri döndüm. Mən şouya maraq qatmaq, tamaşaçını əyləndirmək üçün getmişdim, avtomobilə ehtiyacım yox idi.

- Növbəti “Maşın”da iştirak etmək istərdiniz?

- Bəli. 14-cü mövsümdə özümü sübut edə bilmədim. Mənim özümdən razı olduğumu deyirlər. Söyləyirlər ki, sosial şəbəkələrdə bahalı evləri, avtomobillərini nümayiş etdirir. Amma mən bu cəmiyyətə təqdim olunan tipdə insan deyiləm. Deyirlər, daim içki içir. Heç vaxt içki içmirəm, məni yanlış təqdim edirlər. Ürəyimdə üç stend var. Hər üç əməliyyatı Çexiyada keçirmişəm. İki dəfə ölümdən dönmüşəm. Sadə vətəndaşam, digərlərindən isə azacıq populyar olmağımla fərqlənirəm. Mən həm də səyahəti sevirəm, 36 yaşım var,  64 ölkədə olmuşam.  

- Verilişdən sonra sizə bahalı avtomobil hədiyyə olunması xəbəri doğrudur?

- Bəli. Verilişdən çıxandan sonra mənə “Bentley” hədiyyə ediblər. Cavad adlı gənc oliqarx dostum var, mən şounu tərk edən kimi atasından mənə avtomobil hədiyyə etməyi xahiş edib. Özümün isə üç avtomobilim var.

- Növbəti maraqlı videolarınız və ya yeni layihələriniz olacaq?

- Azərbaycanda video-vaynları mən yaratmışam, bunun atası, babası, ağsaqqalıyam. Əlimdə saatla, tarixlə sübutlarım var.

Azərbaycanda isə komediya janrında hazırlanan yeni verilişlərdən birinin aparıcısı olmaq istəyirəm. Arzulayıram ki, Əməkdar artist Murad Dadaşov məni öz yeni layihələrindən birində sınasın.

Bu yaxınlarda isə mənə Türkiyənin “Kanal S” televiziyasında çalışan həmyerlimiz Türkan xanımdan təklif gəldi, yeni layihəsi var, həmin verilişdə aparıcı olmağımı istəyir. Bilirəm ki, o proqram yayımlanıb reytinq qazanan kimi məni Azərbaycana dəvət edəcəklər. Amma mən orada populyarlıq qazansam, burada veriliş aparıcısı olmaram, belə bir təklif gəlsə də, qəbul etmərəm, çünki burada mənim istedadımı görürlər, amma dəyərləndirmirlər.

- Əməkdar artistlər Coşqun Rəhimov, Rafael İsgəndərov, Cabir və Tahir İmanovlar, aktyor Fərda Amin təqdim etdikləri konsert proqramları ilə izləyicilərin qəlbinə yol tapmağı bacarıblar. Siz özünüzü onların sırasında görürsünüz?

- Hər biri ilə yaxşı münasibətim var. Cabir İmanovu isə digərlərindən daha çox bəyənirəm. Amma mən istedadıma görə özümü onlardan üstün hesab edirəm. Məsələn, məndən, Tükiyədə olduğu kimi, Rəcəb İvedik obrazı yaradıb yararlana bilərlər, bu, “partlayış” olar.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri