Fev
2022
14:08
163
45
3170
Virtual karabakh

İradə Əyyubova: “Ruhumuza hopmuş Bakı ənənələri bu gün də bizdə yaşayır”

1 Fev, 2022
14:08
3170

İradə Əyyubova: “Ruhumuza hopmuş Bakı ənənələri bu gün də bizdə yaşayır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ailəmiz təxminən 30 il əvvəl Bakını tərk edib. Amma indiyə qədər biz ailəlikcə Novruz plovu, paxlava, şəkərbura, şorqoğal bişirməyə, yumurta boyamağa, bayram xonçası bəzəməyə gedirik. Biz azərbaycanlı deyilik, amma ruhumuza hopmuş Bakı ənənələri bu gün də bizdə yaşayır”.

Bu sözləri Rusiya Federasiyasının Tatarıstan Respublikasının Mədəniyyət naziri, bakılı İradə Əyyubova Oxu.Az-a müsahibəsində deyib.

“Çox istərdim ki, tez-tez gedim. Bakı çox dəyişib. Mənim üçün doğma şəhərimdə müqəddəs yerlər var. Kifayət qədər uzun fasilədən sonra Bakıya ilk dəfə gələndə dərhal hava limanından anamın valideynlərinin, qohumlarımızın dəfn olunduğu qəbiristanlığa getdim. Və təbii ki, Mir Mövsüm ağanın məzarını da ziyarət etdim. Uşaq vaxtı valideynlərimlə ora tez-tez gedirdik. Ora ailəmiz üçün bir növ güc mənbəyi kimi idi”, - deyə İ.Əyyubova qeyd edib.

O deyir ki, indi hər şey çox dəyişib və bəzən doğma yerləri tanımaqda çətinlik çəkir.  

“Bir-iki gün yox, heç olmasa bir həftəlik gəlmək istəyirəm. Xəzərin qoxusunu ciyərlərimə çəkmək, əsl şərq bazarına, 141 və 275 nömrəli məktəblərə, instituta, teatrlara, muzeylərə getmək, İçərişəhərdə gəzintiyə çıxmaq istərdim... Doğma şəhərimə həmişə ruhumda yer var”, - deyə tatarıstanlı nazir vurğulayıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri