Apr
2015
19:25
111
13
5836
Virtual karabakh

“La Scala”da oxuyan azərbaycanlı: Dünya səhnəsini fəth etmək istəyirəm – FOTO + VİDEO

1 Apr, 2015
19:25
5836

“La Scala”da oxuyan azərbaycanlı: Dünya səhnəsini fəth etmək istəyirəm – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu anlar mənim üçün inanılmaz idi”.

Oxu.Az-ın bu dəfəki müsahibi dünyanın məşhur “La Scala” Akademiyasına qəbul olunan ilk azərbaycanlı Azər Rzazadədir.

- Azər bəy, siz dünyanın məşhur “La Scala” Akademiyasına qəbul olunan ilk azərbaycanlısınız. Bu baradə bir az ətraflı məlumat verə bilərsinizmi? Necə oldu ki, məhz  bu akademiyada təhsil almaq qərarına gəldiniz?

- Təbii ki, “La Scala” hər bir opera ifaçısının arzusudur. Buna nail olduğum üçün çox sevinirəm. Bir neçə il öncə “La Scala” teatrını ancaq şəkillərdə görürdümsə, hal- hazırda 24 yaşımda bu səhnədə dünya şöhrətli dirijor Zubin Mehtayla “Aida” operasında  çıxışım oldu. Bu anlar mənim üçün inanılmaz idi. Mənə dəstək olan və inan insanlara öz təşəkkürümü bildirirəm.

- Musiqi sahəsində bu cür uğur qazanmağınızda atanız, xalq artisti Zaur Rzayevin  yəqin ki, böyük dəstəyi olub...

- Mənim ailəmin mənə dəstəyi çox böyükdür, onlara borcluyam. Atam biləndə ki, mən opera ifaçısı olmaq istəyirəm, çox sevindi və mənə dəstəyini göstərdi.

- Həmin Akademiyada təhsil alan tələbələr Azərbaycan haqqında məlumatlıdırlarmı?

- Çalışıram onları Azərbaycan mədəniyyəti ilə tanış edim və buna nail oluram. Mənim İtaliyada çox çıxışlarım olub, şəhərlərin adlarını bir-bir sadalasam çox olar. Həmişə konsertlərdə ifa etdiyim əsərlərin müəllifləri F.Əmirov, Ü.Hacıbəyli olub. Mən azərbaycanlıyam və Azərbaycanı ölkədən kənarda təmsil etdiyimə görə şadam.

- Azərbaycanda musiqi sahəsində hansı müəllimlərdən dərs almısınız?

- Bu sualı gəlin keçək (gülür). Çünki mən Azərbaycanda çox az olmuşam.

- Akademiyanı bitirdikdən sonra hansı planlarınız var?

- Hal-hazırda bu Akademiyada təhsil alıram və inkişafım naminə hər şeyi edirəm. “La Scala”da konsertlə çıxış etdim və “Aida” operasında iştirak etdim. May ayında “La scala” teatrında 6 tamaşaya dəvət almışam.

Gələcək planlarım isə İtaliyada qalıb özümü peşəkar dərəcəyə çatdıraraq dünya səhnəsini fəth etməkdir.

- İndiki gənclərin əksəriyyəti daha tez tanınmaq üçün estradaya, şou-biznesə, toy biznesinə meyl edirlər. Sizin bu addımınız isə təqdirəlayiqdir...

- Hər bir insanın öz istəyi var. Kiminsə istəyi tanınmaqdır, kiminsə istəyi estradadır və yaxud operadır. İstəklər müxtəlifdir, məncə bütün bunlar normal haldır.

- Gəlin, musiqini bir kənara qoyaq. Bir az da başqa maraqlarınızdan danışaq...

- Boş vaxtlarımda idman zalına üz tuturam. Üzməyi sevirəm, maraqlı insanlarla təmasdan həzz alıram. Hal- hazırda Milan şəhərində yaşayıram, çoxlu insanlarla rastlaşıram. Bu, mənim üçün çox maraqlıdır.

- Dostunuz və düşməniniz sizdən nə gözləməlidir?

- Təbii ki, dost sözü mənim üçün böyük mahiyyət daşıyır. Belə olduğuna gorə də mənim dostum çox azdır. Təbii ki, ən yaxın dostum ailəmdir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri