25 
Noy
2015
08:06
131
18
5220
Virtual karabakh

İlham Əliyev: Neftin ucuzlaşması məmurlar üçün bir stressdir

25 Noy, 2015
08:06
5220

İlham Əliyev: Neftin ucuzlaşması məmurlar üçün bir stressdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət başçısı Azərbaycan üçün gələcəyə gedən yolu açıqladı.

Biz iqtisadi inkişafı daha da sürətləndirməliyik. Neftin qiymətinin aşağı düşməsi əlbəttə ki, bizim gəlirlərimizə və xərclərimizə mənfi təsir göstərir.

Ancaq digər tərəfdən hesab edirəm, bu, bizim iqtisadiyyat üçün, məmurlar üçün bir stressdir ki, indiki şəraitdə də nəyə qadir olduğumuzu göstərməliyik.

Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycanın beşinci çağırış Milli Məclisinin ilk iclasında çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, bu ilin iqtisadi və sosial göstəriciləri bunu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı sürətlə və uğurla inkişaf edə bilər. 

"Təhlükəsizlik, fəal xarici siyasət, iqtisadi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə, güclü hərbi potensial və əsas dəyərlərə sədaqətimiz, sadiqliyimiz - bizim üçün gələcəyə gedən yol budur. Azərbaycan müasir dövlətdir, ancaq dərin milli mənəvi dəyərlər üzərində qurulan bir dövlətdir.

Milli dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Azərbaycan müstəqillik yolu ilə gedir və gedəcək. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq", - deyə, dövlət başçısı bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri