27 
Noy
2015
15:31
239
153
13090
Virtual karabakh

İlham Əliyev Nardaranda şəhid olan polisləri təltif etdi

27 Noy, 2015
15:31
13090

İlham Əliyev Nardaranda şəhid olan polisləri təltif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident sərəncam imzaladı.

Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir ki, noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib.

Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olub.

Sərəncama əsasən, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər: 

Polis serjantı Vüqar Əyyub oğlu Nəsibova (ölümündən sonra)

Polis serjantı İsmayıl Rəsul oğlu Tağıyevə (ölümündən sonra)

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri