27 
Noy
2015
18:45
92
32
1779
Virtual karabakh

İlham Əliyev iki həmkarını təbrik etdi

27 Noy, 2015
18:45
1779

İlham Əliyev iki həmkarını təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət başçısı təbrik məktubları ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti  Məhəmməd uld Əbdüləzizə təbrik məktubu yollayıb.

Oxu.Az-ın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Mavritaniya xalqına əmin-amanlıq və tərəqqi diləyirəm”.

Dövlətimizin başçısı həmçinin Albaniyanın prezidenti Buyar Nişanini də təbrik edib.

“Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Albaniya əməkdaşlığı, xüsusən də enerji sahəsində atdığımız addımlar ikitərəfli münasibətlərimizin inkişafına, dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim sülh və firavanlıq arzulayıram”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri