25 
Yan
2016
18:48
151
22
10152
Virtual karabakh

Tələbə və şagirdlərin təqaüdləri də artırıldı

25 Yan, 2016
18:48
10152

Tələbə və şagirdlərin təqaüdləri də artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.

Oxu.Az AZƏRTAC-da istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, tələbələrin və şagirdlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2013-cü il tarixli 3108 nömrəli sərəncamı ilə müəyyən edilmiş təqaüdlərin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

E.Ə.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri