25 
Yan
2016
21:14
481
78
27259
Virtual karabakh

İlham Əliyev pensiyaların sığorta hissəsini də artırdı

25 Yan, 2016
21:14
27259

İlham Əliyev pensiyaların sığorta hissəsini də artırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident sərəncam imzaladı.

Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, dövlət başçısı Azərbaycanda pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq qərara alıb:

Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı ilin 1 yanvar tarixinə:

- bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

- fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri