25 
Fev
2016
18:25
17
214
8086
Virtual karabakh

Rusiya Azərbaycanın etiraz notasına cavab verdi

25 Fev, 2016
18:25
8086

Rusiya Azərbaycanın etiraz notasına cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizim bu ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığımız şəffaf və açıqdır”.

Rusiya həm Azərbaycan, həm də Ermənistana silah və hərbi texnika sataraq regionda qüvvələr balansının qorunmasını nəzərə alır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. 

“Ermənistan Rusiyanın müttəfiqidir. Bizim bu ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığımız şəffaf və açıqdır”, - M.Zaxarova bəyan edib.

O, bu faktın Azərbaycan tərəfindən anlayışla qəbul ediləcəyinə ümid etdiyini bildirib.

“Silah tədarükündə Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət edir, müvafiq qanunvericilik ilə əsaslandırılmış ixrac nəzarəti sisteminin sərt çərçivələrində hərəkət edir”, - M.Zaxarova bildirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri