28 
Dek
2016
17:55
81
45
5082
Virtual karabakh

Azərbaycan Dövlət Teleqraf Agentliyinin sabiq rəhbərinin əşyaları satışa çıxarıldı – FOTO

28 Dek, 2016
17:55
5082

Azərbaycan Dövlət Teleqraf Agentliyinin sabiq rəhbərinin əşyaları satışa çıxarıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

47 il Azərbaycan Dövlət Teleqraf Agentliyinə (Azerinform) rəhbərlik etmiş Yefim Qriqori Qurviçin medalları, deputat nişanı, bileti və ona aid bir çox sənədlər, təbrik məktubları auksiona çıxarılıb.

Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Ali Sovetinin deputatı, Mərkəzi Komitənin üzvü olmuş Yefim Qriqori Qurviçin auksiona çıxarılmış əşyaları sırasında 1951-85-ci illər ərzində Azərbaycan SSR-nin Ali Sovetinin deputatının nişanı və deputat biletləri, 1963-cü il “AZƏRTAC”da (keçmiş “AzTaq”) direktorluq vəsiqəsi, müxtəlif illərdə Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvlərində namizədin mandatı, SSRİ Jurnalistlər İttifaqının üzvlük bileti, 1977-ci il №7-in “Azərbaycanın Gəncləri” qəzetinin şəhadətnaməsi, Yefim Qriqori Qurviça sovet bayramları münasibətilə Heydər Əliyevin adından imzalanmış təbrik açıqcaları var.

Auksiona çıxarılan əşyaların ümumi qiyməti 1900-2200 dollar arası dəyişir.

Qeyd edək ki, 1936-cı ildən mətbuat sahəsində çalışmış Yefim Qriqori Qurviç 1939-cu ildə Azərbaycan Dövlət Teleqraf Agentliyinə ədəbi işçi vəzifəsinə keçirilib. Demək olar ki, ömrünün sonuna qədər - düz 47 il həmin kollektivdə çalışmışdı. Bunun 40 ilini dövlət agentliyinin direktoru olub.

O, Azərbaycan Jurnalistlər İttifaqının sədr müavini, “Qızıl lələk” mükafatının laureatıdır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri