10 
Yan
2017
14:30
651
180
3665
Virtual karabakh

İlham Əliyev: Biz böhranlı şəraitdən şərəflə çıxa bildik

“Bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik, sabitlik, inkişaf yoludur”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident xatırladıb ki, ötən il Azərbaycan müstəqilliyinin 25-ci ilini qeyd edib: “2016-cı il dərin iqtisadi-islahatlar dövrü kimi qalacaq. Qəbul edilən qərar sayəsində qeyri-neft sektoru diqqət mərkəzində olacaq.

Təsadüfi deyil ki, neftin qiyməti 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumdaxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatı sahəsində isə 2,6 faiz artım əldə olunub. 

Biz böhranlı, çətin şəraitdən şərəflə çıxa bildik. Görülmüş işlər və görülən işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektoru inkişaf edəcək, yeni iş yerləri açılacaq. Dediyim hədəflərə çatacağıq”.

Dövlət başçısı qeyd edib ki, 2016-cı ildə dünyada müharibə artıb, qanlı toqquşmalar davam edir: “Hətta yeni münaqişə ocaqları yaranıb, iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşıb. Bütün bunlara baxmayaraq, 2016-cı ildə də Azərbaycan öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirlər təmin edilib, xalqımız sülh və әmin-amanlıq şəraitində yaşayıb. Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir. Ötən il ölkə qarşısında duran bütün vəzifələr icra edilib, neftin qiymətinin aşağı düşməsi ilə yaranan böhranlı vəziyyətdən çıxış yolu tapılıb. 

Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verәrkәn görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik inkişaf yolu ilə gedir. Biz çalışmışıq və çalışacağıq ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək”.

U.A.
www.oxu.az

Digər Siyasət xəbərləri