10 
Yan
2017
15:08
275
59
3049
Virtual karabakh

Azərbaycan Prezidenti: Paytaxtda 2 minə yaxın sosial mənzil inşa olunacaq

“Ölkədə inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlər həyata keçirilib”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında deyib.

Dövlət başçısı bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirib.

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan prezident qarşıdakı illərdə paytaxtda 2 minə yaxın sosial mənzilin inşa olunacağı söyləyib.

O, köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikilməsinə start verildiyini, Ağ Şəhər layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzəpir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını açıqlayıb.

U.A.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Siyasət xəbərləri