12 
Yan
2017
00:05
210
141
2213
Virtual karabakh

Prezident: Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək

Biz Naxçıvanın nəqliyyat problemlərinin həlli üçün çalışırıq. Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu fəaliyyətə başlayıb. Biz indi İran İslam Respublikası və Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyirik. İşlərin bizə aid olan hissəsi artıq başa çatıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Naxçıvanda 3 nömrəli rus məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi tam işə düşəndən sonra Naxçıvan dəmir yolu ilə İran vasitəsilə Azərbaycanın əsas hissəsi ilə də birləşəcək: 

“Biz bu layihəni sürətləndirmək istəyirik ki, tezliklə bu, baş versin. Ondan sonra Naxçıvanda istehsal olunan mallar artıq dünya bazarlarına rahatlıqla çıxa biləcək və insanlar üçün bu, əlbəttə ki, əlavə imkanlar yaradacaq”.

S.B.
www.oxu.az

Digər Siyasət xəbərləri