12 
Yan
2017
09:57
5
77
482
Virtual karabakh

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan ŞennaxSezar Florin Predanın Azərbaycana səfəri başlayıb.

Oxu.Az-ın Report-a istinadən  verdiyi xəbərə görə, səfər zamanı həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirəcək.

Ştefan Şennax və Sezar Florin Predanın Bakıda Azərbaycan Prezidenti, parlamentin sədri, ədliyyə və daxili işlər nazirləri, Ali Məhkəmənin sədri, baş prokuror, vəkillər kollegiyasının sədri, parlament üzvləri, o cümlədən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşlər keçirəcəyi planlaşdırılır.

Həmçinin, həmməruzəçilər vətəndaş cəmiyyətinin, müxalifət partiyalarının, eləcə də beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşəcək.

Səfər yanvarın 14-də başa çatacaq.

N.О.

www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Siyasət xəbərləri