12 
Yan
2017
14:33
73
51
1046
Virtual karabakh

ABŞ-ın dövlət katibi Gürcüstanda olub

ABŞ-ın dövlət katibi Con Kerri qısa müddətə Gürcüstanda səfərdə olub.

Oxu.AzReport”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, o, Gürcüstanın xarici işlər nazirinin müavini David Zalkaliani ilə görüşüb.

“Görüşdə ABŞ-Gürcüstan strateji tərəfdaşlığının əhəmiyyəti bir daha vurğulanıb. Nazir müavini ABŞ hakimiyyətinə və şəxsən Con Kerriyə ikitərəfli əlaqələrin dərinləşməsi istiqamətində göstərdikləri səylərə görə, təşəkkürünü bildirib”, - nazirliyin məlumatında qeyd olunub.

Xəbərdə vurğulanıb ki, Con Kerri Gürcüstan hakimiyyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, Con Kerri dövlət katibi kimi Gürcüstana ilk dəfə 2016-cı ilin iyulunda səfər edib. 

E.Ə.
www.oxu.az

Digər Siyasət xəbərləri