16 
Yan
2017
23:55
186
46
1498
Virtual karabakh

Poroşenko: Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməyə çalışırıq

16 Yan, 2017
23:55
1498

Poroşenko: Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməyə çalışırıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Türkiyə və Azərbaycanla qarşılıqlı faydalı strateji tərəfdaşlığını inkişaf etdirməyə çalışırıq.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko xarici dövlətlərin səfirləri ilə hər il keçirilən görüşü zamanı bildirib.

“Qarşılıqlı hörmət və fayda əsasında Çin ilə strateji tərəfdaşlığımızı bundan sonra da inkişaf etdirmək istəyirik. Yaponiyaya, xüsusilə “Böyük Yeddiliy”ə sədrliyi zamanı göstərdiyi səylərə görə minnətdarıq. Kanada ilə əməkdaşlığımız, hər şeydən əvvəl azad ticarət zonasının yaradılması sayəsində yeni rəng alacaq. Ukraynanın Türkiyə və Azərbaycanla qarşılıqlı faydalı strateji tərəfdaşlığını inkişaf etdirməyə çalışırıq”, - deyə Poroşenko qeyd edib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri