17 
Yan
2017
13:37
149
12
3183
Virtual karabakh

İlham Əliyev Davosda bir sıra görüşlər keçirib – FOTO + YENİLƏNİB

17 Yan, 2017
13:37
3183

İlham Əliyev Davosda bir sıra görüşlər keçirib – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev yanvarın 17-də Davosda “Suez Group” şirkətinin baş icraçı direktoru Jan Lui Şasod ilə görüşüb.

Oxu.Az Prezidentin mətbuat xidmətinə istinadən xənər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi. Fransa şirkətlərinin Azərbaycanda böyük layihələr həyata keçirdiyi, “Suez Group” şirkətinin də bu layihələrdə yaxından iştirak etdiyi və bir çox layihələrin uğurla icra olunduğu vurğulandı.

Söhbət zamanı “Suez Group” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Davosa səfəri şərçivəsində bir sıra görüşlər keçirib.

Oxu.Az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyevin yanvarın 17-də Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi. Norveçin bir sıra şirkətləri, xüsusilə Statoil şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev yanvarın 17-də Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə son vaxtlar Azərbaycanda gedən inkişaf proseslərinin ölkəmizə sərmayə cəlb olunmasına və turist axınına geniş imkanlar yaratdığı bildirildi. “Procter and Gamble Europe” şirkətinin Azərbaycan ilə yaxşı əlaqələri olduğu vurğulandı və bu şirkətin ölkəmizlə əməkdaşlığın genişləndirilməsi baxımından bir sıra layihələrinin nəzərdə tutulduğu qeyd edildi.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri