18 
Yan
2017
12:28
211
133
2418
Virtual karabakh

Prezident: Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub

18 Yan, 2017
12:28
2418

Prezident: Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, CISCO şirkətinin icraçı sədri Con Çambers ölkəmizin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək Azərbaycan ilə əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirib.

Prezident İlham Əliyev isə Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib, əməkdaşlığımızın da bu mərhələyə uyğunlaşdırılmalı olduğunu vurğulayıb.

Söhbət zamanı ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri