18 
Yan
2017
22:36
280
90
2322
Virtual karabakh

Azərbaycan prezidenti Ukraynaya rəsmi səfər edəcək

18 Yan, 2017
22:36
2322

Azərbaycan prezidenti Ukraynaya rəsmi səfər edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə Ukraynaya rəsmi səfər edəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatında deyilir.

Məlumatda bildirilir ki, səfər çərçivəsində dövlət başçısı Ukrayna və Azərbaycan Prezidentləri Şurasının VI iclasında iştirak edəcək.

Qeyd olunur ki, iki ölkə prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində görüş keçirib və xüsusilə sözügedən iclasa hazırlıq prosesini müzakirə ediblər. 

Dövlət başçıları Şuranın 2016-cı ildə Bakıda keçirilmiş V iclasında əldə olunan razılaşmaların uğurla həyata keçirildiyini vurğulayıblar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri