19 
Yan
2017
14:52
239
91
2739
Virtual karabakh

Prezident: Azərbaycan Rusiyadan yeni silahların tədarükünə dair danışıqlar aparır

19 Yan, 2017
14:52
2739

Prezident: Azərbaycan Rusiyadan yeni silahların tədarükünə dair danışıqlar aparır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Moskva ilə yeni silahların tədarükünə dair danışıqlar aparır və yeni müdafiə sistemlərində maraqlıdır. 

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən beynəlxalq iqtisadi forum zamanı bildirib. 

“Bəli, biz yeni tədarük haqqında danışıqlar aparırıq. Sizə Rusiyanın hərbi sənayesinin nə dərəcədə inkişaf etdiyi məlumdur. Biz əsasən, müasir müdafiə silahlarında maraqlıyıq. Biz helikopter texnikasında və müdafiə sistemində maraqlıyıq. Bu permanent məsələdir”, - o qeyd edib. 

Onun sözlərinə görə, Azərbaycan və Rusiyanın silah sahəsində yeni müqavilələrinin perspektivləri yaxşıdır. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri