20 
Yan
2017
21:30
726
43
7353
Virtual karabakh

Rusiyalı deputat: İşğal altındakı yeddi rayon Azərbaycana qaytarılmalıdır

20 Yan, 2017
21:30
7353

Rusiyalı deputat: İşğal altındakı yeddi rayon Azərbaycana qaytarılmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dağlıq Qarabağ münaqişəsinin həllində ilk addım Azərbaycanın işğal altında olan yeddi rayonunun qaytarılmasıdır”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev “vestnikkavkaz”-a bildirib.

Rusiyalı deputatın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların qərarlarına söykənmək lazımdır. 

Əlbəttə ki, Dağlıq Qarabağ və işğal altında olan yeddi rayon Azərbaycana qaytarılmalıdır. Əminəm ki, bu yaxın perspektivdə baş verəcək”.

D.Savelyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının qaçqınların öz doğma torpaqlarına qayıtması ilə bağlı olacağını da soyləyib: 

“Azərbaycanlı qaçqınların Qarabağ ərazisinə qayıtmasından sonra onun statusu müəyyən olunacaq. Əlbəttə ki, əgər bütün qaçqınlar Qarabağa qayıtsa, referendum keçiriləcək. Ümumxalq səsverməsinin nəticəsinin necə olacağını anlayırıq”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri