21 
Yan
2017
10:55
150
48
2910
Virtual karabakh

Türkiyə parlamenti prezident üsul-idarəsi ilə bağlı dəyişiklikləri qəbul edib

21 Yan, 2017
10:55
2910

Türkiyə parlamenti prezident üsul-idarəsi ilə bağlı dəyişiklikləri qəbul edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə parlamenti prezident üsul-idarəsi haqqında dəyişiklikləri bəyənib.

Oxu.Az Report-a xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, səsvermə yanvarın 21-də baş tutub. Parlamentin deputatları Konstitusiyaya prezident üsul-idarəsinin tətbiqi ilə bağlı olan dəyişikliklərdən ibarət qanun layihəsini dəstəkləyiblər.

İclasda iştirak edən 488 deputatdan 339-u düzəlişlərin lehinə səs verib. AKP-dən olan deputatlar bunu ayaqüstə alqışlayıblar.

Səsvermədən sonra çıxış edən baş nazir Binəli Yıldırım Konstitusiyaya dəyişikliklərlə bağlı “Artıq qərar millətimizindir. Millətin verdiyi qərar başımız, gözümüz üzərindədir”, - deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri