21 
Yan
2017
13:30
88
538
39208
Virtual karabakh

Azərbaycanda minimum aylıq əməkhaqqı artırılıb

21 Yan, 2017
13:30
39208

Azərbaycanda minimum aylıq əməkhaqqı artırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci hissəsi ləğv edilib.

Bu, minimum əməkhaqqının 11 manat (10,5 faiz) artımı deməkdir.

Xatırladaq ki, indiyədək minimum əməkhaqqı 105 manat olub. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri