21 
Yan
2017
21:35
284
118
8570
Virtual karabakh

Bloqqer Lapşin Azərbaycan prezidentindən üzr istəyib

21 Yan, 2017
21:35
8570

Bloqqer Lapşin Azərbaycan prezidentindən üzr istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Bakının tələbi ilə Belarusun paytaxtı Minskdə həbs olunan Rusiya və İsrail bloqqeri Aleksandr Lapşin Azərbaycan prezidenti İlham Əliyev qarşısında üzr istəyib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

İsrailin Belarusdakı səfirliyinin konsulu Yuliya Raçinski-Spivakov bildirib ki, Lapşin yanvarın 18-də onun iştirakı ilə prezident İlham Əliyevə ünvanlanan üzrxahlıq məktubu yazıb. Bloqqer məktubunda öz hərəkətlərinə görə üzr istəyib və bunun sadəlövhlükdən baş verdiyini qeyd edib.

Lapşinin məktubu konsul tərəfindən təsdiq edilib və İsrailin Bakıdakı diplomatik nümayəndəliyi vasitəsi ilə Azərbaycan prezidentinə təqdim edilib.

Xatırladaq ki, iki vətəndaşlığı olan A.Lapşin (İsrayil və Rusiya) dekabrın 14-ü Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

A.Lapşin Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar, A.Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

U.A
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri