23 
Yan
2017
14:48
1540
81
13639
Virtual karabakh

İlham Əliyev: Qarabağa heç vaxt müstəqillik verilməyəcək- VİDEO + YENİLƏNİB

23 Yan, 2017
14:48
13639

İlham Əliyev: Qarabağa heç vaxt müstəqillik verilməyəcək- VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsi idi”.

Oxu.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında hərbçilərlə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, bu döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mif dağıdılıb: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənistan işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli isə çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir”.

14:34

“Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik çox yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilən hərbi şəhərciyinin açılışından sonra hərbi qulluqçularla görüşdə deyib.

Ali Baş Komandan qeyd edib ki, müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər: “Biz bunu bilirik, dünya da artıq bilir ki, sözün əsl mənasında həm döyüş qabiliyyəti, həm də hərbi texnika təminatı baxımından bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır”.

Prezident İlham Əliyev vurğulayıb ki, bütün bu nailiyyətlərin hamısını Azərbaycan özü əldə edib: “Bunların hamısını öz hesabımıza əldə etmişik, güclü iqtisadiyyat hesabına əldə etmişik. Əgər güclü iqtisadiyyat olmasaydı biz bütün bu işləri görə bilməzdik. Bu gün yaradılan hərbi şəhərcik bizim həm ordumuzun, həm də dövlətimizin gücünü göstərir”. 

11:23

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Oxu.Az-ın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı İlham Əliyev əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.

Ali Baş Komandan hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı, Ali Baş Komandan hərbi qulluqçularla görüşüb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri