23 
Yan
2017
13:35
74
308
5513
Virtual karabakh

Azərbaycan İrana kömək təklif edib

23 Yan, 2017
13:35
5513

Azərbaycan İrana kömək təklif edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Tehranda binada baş verən yanğınla əlaqədar İrana kömək təklif edib”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

O bildirib ki, Azərbaycanın bu təklifini İrana çatdırıb: “Mən bu təklifi İran tərəfinə çatdırdım. Başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla, Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm ki, həm keçmiş prezident Rəfsəncaninin ölümü ilə bağlı səfirliyə gələrək başsağlığı verib, həm də Tehrandakı hadisə ilə əlaqədar başsağlığı verərək kömək təklif edib. Biz Azərbaycanın bundan sonra da daha çox inkişaf etməsini istəyirik. İranla Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri