23 
Yan
2017
18:43
158
25
2968
Virtual karabakh

Deputat : Ermənilərin Azərbaycan nümayəndə heyətini ləkələmək cəhdi dəstəklənmədi

23 Yan, 2017
18:43
2968

Deputat : Ermənilərin Azərbaycan nümayəndə heyətini ləkələmək cəhdi dəstəklənmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 “AŞPA-da Azərbaycan nümayəndə heyətinə qarşı şayiələr öz təsdiqini tapmadı”.

Oxu.Az APA-ya istinadən məlumat verir ki, bunu AŞPA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov deyib.

“Son günlər Ermənistanın bir çox mənbələri dəfələrlə Azərbaycana və Azərbaycan nümayəndə heyətinin üzvlərinə qarşı yanlış və saxta iddialar yayaraq, qəsdən mətbuatda gərginliyi artırırdı. Erməni deputatlar və bəzi ermənipərəst qüvvələr bütün AŞPA üzvlərini açıq şəkildə Azərbaycan nümayəndə heyətinin mandatını sual altına qoymağa çağırır və hətta azərbaycanlı deputatların AŞPA-dan çıxarılacağını hesab edirdi. Bu gün aydın oldu ki, sağlam düşüncə və ədalət üstün gəldi”, - deyə o vurğulayıb.

E. Süleymanovun sözlərinə görə, plenar sessiyada Azərbaycan nümayəndə heyətinin və ayrı-ayrı deputatların mandatı sual altına qoyulmayıb: “Avropalı deputatlar açıq-aşkar anladılar ki, hüququn aliliyinə xidmət edən AŞPA-nın sübutsuz şayiələrə uyub hər hansı bir üzv dövlətin nümayəndə heyətinin üzvlərinə hücum etməsi hüquqa ziddir və tam anormal haldır. Bəzi qərəzli beynəlxalq QHT-lərin dəstəklədiyi Ermənistan bir daha sırf öz qonşusunun müsbət imicini zədələməyə cəhd göstərib, lakin AŞPA ermənilərin bu cəhdini dəstəkləməkdən açıq-aydın imtina etdi”.

Yanvarın 24-də AŞPA-nın Monitorinq Komitəsinin hər iki AŞPA həmməruzəçisinin Bakıya faktaraşdırıcı səfərini müzakirə edəcəyini deyən E. Süleymanov müzakirənin nəticəsinin həm Azərbaycan, həm də AŞPA üçün müsbət və konstruktiv olacağına əminliyini ifadə edib. O, bu gün Strasburqda AŞPA-nın plenar sessiyasında bu nəticələri olduqca təqdirəlayiq hesab etdiyini və ermənilərin şayiələrinin bu cür ali Avropa institutunda ciddi qəbul edilməyəcəyinə tamamilə əmin olduğunu qeyd edib.

Azərbaycan nümayəndə heyətini bu qış sessiyasında narahat edən yeganə məsələ Ukrayna nümayəndə heyətinin rəhbəri Volodimir Arievin “Avropada jurnalistlərə və mətbuat azadlığına hücumlar” adlı məruzəsinə ermənilərin və ermənipərəst deputatların verdiyi düzəlişin qarşısının alınmasıdır. Həmin düzəlişdə “üzv dövlətlərin de-fakto separatçı rejimlər tərəfindən nəzarət edilən digər ərazilərində də, xüsusilə Azərbaycanın Dağlıq Qarabağ…” ifadəsinin çıxarılması təklif edilir.

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri