17 
Fev
2017
19:07
274
137
3800
Virtual karabakh

İlham Əliyev Münhendə danışıqlarda – YENİLƏNİB

Bu gün Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.

Oxu.Az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin uğurla inkişaf edərək müxtəlif sahələri əhatə etdiyi, ikitərəfli münasibətlərimizin daha da genişlənməsi üçün imkanların olduğu bildirilib. 

Pambıqçılıq, sement istehsalı, səhiyyə, nəqliyyat sahələrində əlaqələrin inkişafı baxımından yaxşı potensialın olduğu vurğulanıb. 

Azərbaycanın brendi olan “ASAN xidmət”in təcrübəsinin Əfqanıstanda yayılması məsələləri müzakirə edilib. Münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında ticarət əlaqələrinin, ixrac-idxal əməliyyatlarının genişləndirilməsi ilə bağlı müəyyən addımların atılması barədə razılığa gəlinib.

19:05

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə görüşüb.

Oxu.Az-ın məlumatına görə, görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycan ilə müəyyən sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulanıb. Dünyada mürəkkəb proseslərin baş verdiyi bir dövrdə kibertəhlükəsizliyin təmin olunmasının ikitərəfli əməkdaşlıqda mühüm yer tutduğu bildirilib. 

Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyinin vurğulandığı söhbət zamanı xüsusilə sənaye və digər sahələrdəki proseslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlərin görülməsi ətrafında fikir mübadiləsi aparılıb.

17:45

Prezident İlham Əliyev fevralın 17-də Münhendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanla görüşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

16:08

Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin görüşü olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

12:32

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Vitali Kliçko ölkələrimiz arasında qədim tarixə malik dostluq münasibətlərinin olduğunu deyib. Ukraynada çoxlu sayda Azərbaycan diasporunun nümayəndələrinin yaşadığını deyən Kiyevin meri mütəmadi olaraq onlarla görüşlərin keçirildiyini diqqətə çatdırıb.
Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, qarşılıqlı biznes maraqlarının olduğunu deyən Vitali Kliçko SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini vurğulayıb, şirkətin və Azərbaycan diasporunun nümayəndələrinin Ukraynanın inkişafına mühüm töhfə verdiyini bildirib. Mer Kiyevdə ulu öndər Heydər Əliyevin adını daşıyan parkın şəhərin ən nümunəvi məkanlarından birinə çevrildiyini deyib.

Prezident İlham Əliyev Kiyevin dünyanın ən gözəl şəhərlərindən biri olduğunu, onun tarixi hissəsinin qorunmasının və şəhərin inkişafının böyük diqqət tələb etdiyini vurğulayıb, Bakı və Kiyev meriyaları arasında münasibətlərin möhkəmləndirilməsinin və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən danışıb. Azərbaycan diasporunun Ukraynanın inkişafına töhfə verdiyini bildirən dövlət başçısı ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmləndiyini, Ukraynanın Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edib.

12:23

Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə “MAN SE” şirkətinin baş icraçı katibi Yoaxim Dris ilə görüşüb.

Oxu.Az-ın xəbərinə görə, görüşdə Yoaxim Dris Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə irimiqyaslı layihələrin həyata keçirildiyini, nəqliyyat dəhlizləri ilə bağlı gedən proseslərdən məmnun qaldıqlarını, respublikamızda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda müxtəlif sahələrdə yeniləşmə işlərinin aparıldığını, ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü vurğuladı. 

Dövlət başçısı əməkdaşlıq imkanlarının araşdırılması üçün “MAN SE” şirkətinin nümayəndələrini Azərbaycana səfərə dəvət edib.

11:19

Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Münhendə MAN SE şirkətinin baş icraçı katibi Yoaxim Dris ilə görüşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Daha sonra Azərbaycan Prezidenti Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşüb.

N.О.

www.oxu.az

Digər Siyasət xəbərləri